Sinteks Group of Companies ezamiyyə koordinatoru axtarır

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Ezamiyyə Koordinatoru
Son tarix: 03 sentyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Ezamiyyə Koordinatoru tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu partnyor şirkətlərin cədvəlinə uyğun olaraq işgüzar səfərləri təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
-Vizaların alınmasında şirkət nümayəndələrinə dəstək olur
-Ezamiyyətə gedən işçilərin aviabiletlərini rezervasiya edir
-Otellərin rezervasiyasını və ödənişini edir
-Ezamiyyətə gedən işçilərin öncədən səfər marşrutunu ayarlayır və maliyyə şöbəsinə səfər üzrə məlumatları təqdim edir
-Ezamiyyət xərcləri üzrə bazar araşdırmasını aparır
-Xaricdən gələn qonaqlarının səfərlərinə təşkilati dəstək göstərir
Əsas tələblər:
Təhsil:
-Ali təhsil
-Rezervasiya sistemi üzrə sertifikat (əsas kurs)
Təcrübə:
-Turizm sahəsində ən az 2 il təcrübə
Professional biliklər:
-Rezervasiya sistemləri
-Viza, sığorta hazırlıqları
-İngilis dili yaxşı səviyyədə
-MS Office Proqramları
Professional bacarıq və kompetensiyalar:
-Təşkilatçılıq
-Danışıqların aparılması
-Zamanın idarəolunması
-Detallara diqqət
-Problem həll etmə
-Stressin idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ezamiyyə Koordinatoru” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 1 saat, 55 dəq
- 2 gün, 1 saat, 57 dəq
- 2 gün, 1 saat, 59 dəq
- 2 gün, 2 saat, 2 dəq
- 2 gün, 2 saat, 6 dəq