Satış müdiri tələb olunur
![](https://avand.marja.az/wp-content/uploads/2022/12/vakansiy_mudir.jpg)
İşəgötürən – Universal Poliqraf
Vəzifə öhdəlikləri:
Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;
Bölgə rəhbərlərinin işini koordinasiya etmək;
Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
Müştərilərlə görüş və söhbətlərin aparılması;
Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.
Namizəd üçün tələblər:
İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)
Satış/kommersiya sektorunda azı 5-7 illik iş təcrübəsi;
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilmək üstünlükdür;
Mükəmməl liderlik və idarətmə bacarıqları;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
MS Office proqramlarında və məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.
35 yaşdan yuxarı şəxslər müraciət etsin.
İş rejimi: 6 gün
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Satış müdiri” Mövzu bölməsində qeyd edərək elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
1 ay, 1 gün, 19 saat, 26 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 20 saat, 21 dəq
- 6 ay, 3 gün, 22 saat, 14 dəq
- 9 ay, 1 həftə, 1 gün, 16 saat, 59 dəq
-
9 ay, 2 həftə, 6 gün, 12 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır