“Rifah Group”a baş mühasib tələb olunur
İşəgötürən – Rifah Group
Vakansiya: Baş mühasib
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
-Vergi orqanları ilə yazışmalar
-Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
-E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
-Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi
-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
-E-portal proqramı ilə işləmək bacarığının olması.
-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
-Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
-DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
-Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
-BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
-Beynəlxalq mühasibatlıq standartlarına uyğun butun növ hesabatların hazırlanması.
NAMİZƏDƏ TƏLƏBLƏR:
-Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi
-Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
-MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
-Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
-Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
-Komandada işləmək bacarığı
-Əmək haqqı: Razalaşma yolu ilə
– İş yeri: Bakı şəhəri
– İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərsinlər.
Şirkət haqqında
1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkətdir.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 33 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 28 dəq
- 7 ay, 3 həftə, 13 saat, 21 dəq
- 10 ay, 3 həftə, 5 gün, 8 saat, 6 dəq
-
11 ay, 1 həftə, 3 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır