Mühasib tələb olunur

Mühasib


İşəgötürən – Aral Group Baku

Öhdəliklər:

Vergi hesabatlarının hazırlanması , statistika, mənfəət və  digər dövlət hesabatları; 

Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;

Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması;

Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;

Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.

Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;

Tələblər:

Ali təhsilli  ;

Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi; 

E-taxes.gov.az portalından istifadə etmək bacarığı;

Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;

Mükəmməl səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.).

Komandada işləmək bacarığı;

EFP proqramlarından istifadə qaydalarını bilməli; 

Əlavə məlumatlar:

Əmək haqqı: Razılaşma yolu ilə;

İş qrafiki: 5 günlük 

Vakansiyaya müraciət üçün şəkilli CV-nizi “Mühasib” mövzusu ilə   [email protected]  email ünvanına göndərməyiniz xahiş olunur

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]