Mühasib/Aparıcı Mühasib tələb olunur

Mühasib

mühasib


İşəgötürən – Trawell Group

Vəzifə öhdəlikləri:

Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;

Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;

E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;

Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması;

Namizədə tələblər:

Təhsil və Təcrübə üzrə:

Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;

İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi təcrübəsi olanlar, Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);

Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);

ACCA-FA üzrə sertifikat mütləqdir (Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür);

Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;

Praktiki İngilis dili;

Şəxsi Keyfiyyətlər:

Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;

Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;

Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;

Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;

Yaş həddi: 30 yaşa qədər

Biz nə təklif edirik:

Gənc və professional kollektivlə çalışmaq

Yüksək komanda ruhunda əməkdaşlıq

Karyera inkişafı üçün şərait

Mərkəzdə yerləşən ofis

İş şəraiti:

İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar)

Əmək haqqı: 1000-1200 AZN (Əmək haqqı təcrübəyə və KPI göstəricilərinə əsasən artandır)

Ünvan: Bəşir Səfəroğlu 133

Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib və ya Aparıcı Mühasib” qeyd edərək   [email protected]  adresinə yollaya bilərlər. 

Müraciət üçün son tarix: 07.10.2023

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]