Baş mühasib tələb olunur
İşəgötürən – AMO MMC
Ümumi məlumatlar:
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (istehsalat sahəsi);
MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
Vergi, statistika və DSMF hesabatların hazırlanması;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri:
6 günlük iş qrafiki, 09:00-18:00, şənbə 09:00-15:00
Əmək haqqı razılaşma yolu ilə
Nahar şirkət tərəfindən təmin olunur
Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət
CV – lərinizi mövzunun başlığı altında [email protected] adresinə göndərin
Vakansiyalar
- 2 ay, 6 gün, 2 saat, 35 dəq
- 3 ay, 4 gün, 4 saat, 28 dəq
- 6 ay, 1 həftə, 1 gün, 23 saat, 13 dəq
-
6 ay, 2 həftə, 6 gün, 18 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 4 gün, 2 saat, 42 dəq