Mühasib tələb olunur

Mühasib


İşəgötürən – Buta Group

Vakansiya haqqında:

İş yeri: Bakı, Rəşid Behbudov 71

İş saatı: Həftədə 5 gün həftəlik 40 saat olmaqla

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Vəzifə öhdəlikləri:

Şöbənin iş planının tərtib edilməsində iştirak edir;

Əmək haqqı və ona bərabər tutulan ödənişlərin hesablanması və uçotunda iştirak edir, rəsmiləşdirilməsi üçün təqdim edir;

Mal material uçotunun aparılmasına iştirak edir;

Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;

İstehsal xərclərinin uçotunun aparılmasını icra edir;

Müəssisə balansının hazırlanmasında iştirak edir;

Rəhbərliyin və dövlət orqanlarının tələblərinə uyğun olaraq hesabatların hazırlanmasını və müvafiq qaydada təqdim edilməsini icra edir;

İnventarizasiya işinin təşkili və prosesdə iştirak edir;

Mühasibat sənədlərinin çeşidlənməsi, toplanması, saxlanılması, vaxtı bitmiş sənədlərin müvafiq qaydada arxiv işləri üzrə struktur bölməsinə təhvil verilməsi işlərini icra edir və müvafiq qaydada nəzarət edir;

Müəssisə daxili yaradılmış və mühasibatlıqla bu və ya başqa cür əlaqəli olan müvəqqəti və ya daimi fəaliyyət komissiyasının tərkibində iştirak edir;

Əmək haqqı kartlarının hazırlanması üçün sifarişin verilməsi və prosesə nəzarət edir;

Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsində iştirak edir;

İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır; 

Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılmasını icra edir;

Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;

İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;

Mühasibatlığa icra üçün daxil olan sənədlərin qanunvericiliyə uyğun olmamasının aşkar edildiyi halda struktura əsasən rəhbərliyə məlumat verir;

Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına( 1C ) daxil olunmasını icra edir;

Sifarişçilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasını icra edir;

Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir.

Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirir;

Namizədə tələblər:

Təhsili: Ali təhsil

Müvafiq sahədə ən azı 1-3 il təcrübə

Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzu olunandır)

Kompüter bilikləri: Microsoft Office, Outlook

Komandada işləmək bacarığı

Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı

İdarəetmə təcrübəsi, analitik düşünmə

Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq

Vakansiya ilə maraqlanan şəxslər CV-ləri   [email protected]  adresinə göndərə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]