Şirkətə mühasib tələb olunur
İşəgötürən: Azprotein Foods Group
Vakansiya: Mühasib
Son tarix: 19 aprel 2022
Namizədə Tələblər:
-Müfaviq sahə üzrə ali təhsil
-Yaş həddi: 21 – 45 yaş
-Staj: 2 – 4 il
-Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
-Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
-AR Vergi Məcəlləsini bilmək
-1C mühasibatlıq proqramında işləmək bacarağı
-İşində ciddi və məsuliyyətli olmalı
-Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
-İstehsal şöbəsi ilə məhsulun resepturasının hazırlanması prosesində iştirak etmək
-Məhsulun maya dəyərinin hesablanması
-Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
-Daxili yerdəyişmə qaimələrinin yazılması
-Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
-Müştəri və tədarükçülərlə üzləşmə aktlarının hazırlanması
-Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
-Müştəri müqavilələrin hazırlanması
-Gündəlik satış sənədlərinin 1C proqramında işlənilməsi
-Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
-Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
-Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
Əmək haqqı: 1000-1200 AZN
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 3 həftə, 6 gün, 14 saat, 18 dəq
- 2 ay, 3 həftə, 6 gün, 16 saat, 11 dəq
- 6 ay, 1 gün, 10 saat, 56 dəq
-
6 ay, 1 həftə, 6 gün, 6 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 2 həftə, 3 gün, 14 saat, 25 dəq