Mal Material üzrə Mühasib tələb olunur

Mühasib

mühasib


İşəgötürən – Can-Pa

Vəzifə öhdəlikləri:

Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək

Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq

Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək

Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq

Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək

Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək

Anbar sayımı və stok nəzarətini həyata keçirmək

İş şəraiti:

İş qrafiki: 5 günlük iş həftəsi

Əmək haqqı: 600-1000 AZN (müsahibə əsasında təyin olunur)

Yaş həddi:23-35,

Nahar şirkət tərəfindən təmin olunur.

İş yeri: Bakı Şamaxı şossesi 14-cü km., Hökməli dairəsi yaxınlığı. İş yerinə yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.

Əlaqə:0512409568.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mal-material üzrə mühasib (anbar)” qeyd edərək   [email protected]  e-ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]