Qartal Tikinti Firması montajçı axtarır

İşəgötürən: Qartal Tikinti Firması
Vakansiya: Montajçı
Son tarix: 29 avqust 2022
Əmək haqqı: 800 AZN
İş yeri: Sumqayıt şəhəri – Dəniz platformaları
Montajçıya olan tələblər:
-Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir. Sumqayıtda yaşamayan namizədlərin əsasən dəniz platformalarına göndərilməsinə üstünlük veriləcəkdir.
-Metal konstruksiyaların yığılması və quraşdırılması;
-Laqonda ilə kəsmə əməliyyatlarını mükəmməl yerinə yetirə bilməsi vacibdir, Rezakla işləmək qabiliyyətinin olması arzu olunandır;
-Cizgilərin oxunması, ölçü verilməsi və metal hissələrinin hazırlanmasını bilməsi;
-Montajçı ixtisasına yiyələnməsi barədə sertifikatın olması arzu ediləndir; (sertifikatı varsa surətini təqdim etməlidir)
-Namizədin yaşı 22-45 yaş aralığında olmalıdır;
-Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirməlidir;
-Elanda göstərilən əmək haqqı ilkin olaraq müəyyən edilmişdir. İşçinin səriştəsi, işə məsuliyyətlə yanaşması, işləri vaxtında və keyfiyyətlə tamamlaması əmək haqqında artıma səbəb olacaqdır.
İş şəraiti:
-İşçilərin obyektə daşınması firmanın nəqliyyatı vasitəsilə həyata keçirilir.
-Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.
-İş saatları – həftənin 6 günü 08:00 – 18:00 aralığındadır.
-Əlavə iş saatları saatın dəyərinə müvafiq olaraq tək qat ödəniləcəkdir.
-İşçi dəniz platformalarına göndərildiyi halda əmək haqqı 15 günlük deyil, 30 günlük iş rejiminə görə hesablanır və dənizdə işlədiyi günlərə (saatlara) əlavə olaraq 20 % ödəniş tətbiq olunacaqdır,
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini [email protected] e-mail adresinə, mövzu hissəsində “Montajçı” yazmaqla göndərmələri xahiş olunur. Yalnız CV-ləri uyğun görülən namizədlərlə əlaqə saxlanacaqdır.
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67
Vakansiyalar
-
5 saat, 25 dəq
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
16 saat, 44 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 17 saat, 32 dəq
- 19 saat, 15 dəq
- 23 saat, 5 dəq