Mağaza müdiri tələb olunur – 1000 MANAT MAAŞ + BONUS

Müdir

magaza muduru


İşəgötürən: Başak Group

Vakansiya: Mağaza müdiri

Son tarix 15 mart 2022

Tələblər:

-Ali təhsil,

-Geyim, mebel sektorunda minimum 3-5 il təcrübə,

-Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,

-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,

-Komandada işləmə bacarığı.

-Xanım namizədlərə üstünlük veriləcək.

Öhdəliklər:

-Mağaza müştəri xidmətləri bölmələrinin fəaliyyəti ilə bağlı mərkəzlə mağaza arasında koordinasiyanı təmin etmək və izləmək,

-İşçi məmnuniyyətini və satış performansını artırmaq,

-Mağazada müştəri portfelinin yaradılması,

-Müştəri şikayət / təklif sisteminin idarə edilməsi,

-Mağazanı sərfəli və nümunəvi bir müəsissəyə çevirmək,

-Lazımi hesabatların vaxtında və dəqiq şəkildə verilməsini təmin etmək,

-Məhsulları sayaraq stok izləməsini həyata keçirmək,

-Mağazadakı lojistik tətbiqetmələri həyata keçirmək.

İş şəraiti:

-Əmək haqqı: 1000 AZN + bonus (KPİ)

-Nahar şirkət tərəfindən verilir,

-Korporativ nömrə,

Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105

İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mağaza müdiri” yazaraq [email protected] elekton poçtuna göndərə bilərlər.

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Məqsəd Azərbaycan vətəndaşlarının mənzilə olan ehtiyaclarını ödəmək istiqamətində işlər aparmaq, yaşayış yeri ilə təmin etmək üçün son dərəcə keyfiyyətli, etibarlı, estetik, kompakt, hazır və davamlı evlər qurmaq və modern,klasik,vip üslubda təmir işləri görməkdir.


©️ 2022

070 231 45 70

[email protected]