Lizinq şirkəti Filial Müdiri axtarışındadır -YÜKSƏK MAAŞ

Müdir

direktor


Vəzifə: Filial Müdiri (Mərkəzi filial)

İşəgötürən: “Prior Leasing”

Həftədə 5 gün, (08:30-17:30)

Əmək haqqı : İlk 6 ay 1200 AZN (net) +800 AZN əlavə əmək haqqı, 6 aydan sonra 1500 AZN (Net) +1200 AZN bonus

Bakı, Çinar Park Biznes Mərkəzi, bina 1.

Bizim üçün uyğun namizəd aşağıdakı tələblərə cavab verməlidir:

-Müvafiq sahədə ali təhsil (İqtisadiyyat, Maliyyə-kredit, Bank işi və s) sahib olmalı

-3 il filial müdiri vəzifəsində iş təcrübəsi olmalı

-Azərbaycan dilini səlis bilməli (yazılı, şifahi)

-MS office proqramlarında yaxşı səviyyədə istifadə bacarığı olmalı

-Yanlız kişi namizədlər nəzərdən keçirilir

-B kateqoriyası üzrə sürücülük vəsiqəsi olmalı

Vəzifə öhdəlikləri:

-Filialın fəaliyyət dairəsinin genişləndirilməsi, yeni müştərilərin filiala cəlb edilməsi, -prosedurların tələbinə uyğun olaraq  yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil, nəzarət və təmin etmək, və bu sahə üzrə təkliflər irəli sürmək

-Filialda birbaşa marketinq tədbirlərini təşkil etmək, bu tədbirlərin səmərəliliyinin artıtılması üzrə təkliflər irəli sürmək

-Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnuniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək

-Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək

-Filial üzrə kredit verilməsi üzrə ümumi planın, hər bir işçi üzrə fərdi planların yerinə yetirilməsinə nəzarət edilməsinə nəzarət etmək, həmçinin filialın inkişaf planlarının hazırlanmasında bilavasitə iştirak etmək

-Bütün kredit emal prosesinin daxili qaydalarına uyğun olaraq tətbiq edilməsini təşkil və nəzarət etmək

-Monitorinq planına uyğun olaraq işi planlaşdırmaq və icrasına nəzarət etmək

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV-lərini [email protected] email adresinə mövzu hissəsində “Filial müdiri” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ  texnologiyaların istifadəsinə üstünlük verir.  

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin  iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. 


©️ 2022

070 231 45 70

[email protected]