Kontakt Home çağrı mərkəzi bölməsinin rəhbəri axtarır

Direktor/Sədr


İşəgötürən: Kontakt Home

Vakansiya: Çağrı mərkəzi bölməsinin rəhbəri

Son tarix: 19 iyun 2022

Vəzifə öhdəlikləri:

-Çağrı mərkəzinin gündəlik fəaliyyəti üçün effektivliyin və davamlılığın təmin edilməsi;

-Çağrı mərkəzi əməkdaşları arasında iş bölgüsünün aparılması və düzgün icrasına nəzarət edilməsi;

-Əlaqə mərkəzində işə qəbul, təlim və əməkdaşın adaptasiya proqramının izlənilməsi;

-Çağrı mərkəzi operatorlarının telefonla müştərilərə xidmət göstərməsinə və digər proseslərə nəzarət edilməsi;

-Çağrı mərkəzi operatorlarının performansının əsas göstəricilərlə qiymətləndirilməsi;

-Şirkətin müştərilərə təklif etdiyi xidmətlər barədə məlumatları emal edərək əməkdaşlara ötürülməsi;

-Fəaliyyət istiqamətləri üzrə dövri olaraq rəqib şirkətlərin Çağrı Mərkəzlərinə zəng vasitəsilə monitorinqlərin təşkili və müqayisə əsasında təkliflərin hazırlanması;

-Ölkə və Xarici bazarda müştəriyə yönəlmiş xidmətlərin monitorinqi, müqayisə edilməsi və təkliflər portfoliosunun hazırlanması;

-Çağrı Mərkəzi operatorlarının işçi və müştəri anlayışı əsasında müştərilə danışma tərzi haqqında tövsiyyələrin verilməsi və FAQ-nun hazırlanması;

-Çağrı Mərkəzində yaranan problemlərin araşdırılması və müvafiq intizam tədbirləri ilə bağlı rəhbərliyə təkliflərin olunması;

-Birbaşa rəhbərlik tərəfindən verilən şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi və hesabatın təqdim edilməsi.

İş barədə məlumat:

-İş günləri: 5 günlük;

-İş saatı: 09:00-18:00.

Tələblər:

-Ali təhsil;

-Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;

-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

-Müştəri xidmətləri sahəsində iş təcrübəsi – 1 il;

-Komanda ilə işləmək və idarə etmək bacarığı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]