Xəzinədarlıq şöbəsinin rəhbəri tələb olunur

Direktor/Sədr


İşəgötürən – Matanat A

Vəzifə öhdəlikləri:

Pul vəsaitlərinin hərəkətinin planlaşdırılmasının təmin edilməsi, həftəlik ödəmə qrafiklərinin rəhbərliyin təsdiqi üçün hazırlanması;

Şirkətə tələb olunan pul vəsaiti ehtiyacının aradan qaldırılmasının təmin edilməsi;

Bank ödənişləri prosesinin vaxtında və qüsursuz icrasının (kreditlər üzrə öhdəliklər daxil olmaqla) və ödəmə hərəkətlərini mühasibat proqramında düzgün yazılmasının təmin edilməsi;

Gündəlik və aylıq əsasda bank və kassa xərclərinə nəzarət;

Maliyyə uçotu sistemində qeyd olunmuş aylıq nağd pul balanasının düzgünlüyünün təmin edilməsi;

Maliyyə uçotu sistemində qeyd olunmuş aylıq bank hesablarının balanslarının düzgünlüyünün təmin edilməsi;

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın (Cash flow) hazırlanması;

Kassada mövcud olan nağd pul qalığının təhlükəsizliyinin təmin edilməsi;

Aylıq nağd pul sayının prosesinin keçirilməsinin təmin edilməsi; mədaxil və məxaric sənədlərinin tamlığına və düzgün arxivləşməsinə nəzarət.

Vəzifə ilə bağlı tələblər:

Ali təhsili (Magistr olması üstünlükdür);

Sahə üzrə 3-5 il iş təcrübəsi;

1C, SAP, MS Office (xüsusilə MS Excel) üzrə biliklər;

ACCA, CFA, CIMA və yaxud analoji sertifikatların olması mütləqdir.

Tikinti və istehsal sahəsində işə ya audit keçirmə təcrübəsi üstünlükdür.

İş şəraiti:

İş yeri : Luxen Plaza (Bakı şəh., Xətai pr. 34)

İş saatı: 09:00-dan 18:00-dək;

İstirahət: Şənbə və Bazar günləri;

Nahar şirkət tərəfindən verilir;

Korporativ nömrə təmin olunur.

Maraqlanan namizədlər mövzu hissəsində “Xəzinədarlıq şöbəsinin rəhbəri” yazmaqla öz CV-lərini   [email protected]  adresinə göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]