Marketinq Direktoru tələb olunur

Direktor/Sədr


İşəgötürən – Global Management

Vəzifə öhdəlikləri:

Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini verməli;

Fəaliyyət növünü və istiqamətini tövsiyə etmək;

Direktivləri tətbiq etmək;

Marketinq planı və proqramlarını inkişaf etdirərək bazarda pay əldə etmək, təşviqat kampaniyasını istiqamətləndirmək;

İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;

Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.

Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;

Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;

Müştəri bazasını genişləndirir;

Şirkət bloqunun moderasiyasını aparır;

Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;

İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;

Müştərilərdən gələn sorğuları cavablandırır;

Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;

İstifadə olunan saytların effektivliyini təhlil edir;

Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;

Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

Satış və Marketinq tətqiqatı ilə əlaqədar işlərin planlaşdırılması, həmin istiqamətdə araşdırmaların təşkil və icra edilməsi;

Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;

Satış prosesinin həyata keçirilməsi və müştəri əlaqələrinin idarə olunması;

Müştəri bazasının genişləndirilməsi;

Marketinq şöbəsinin işlərinə nəzarət;

Nümayəndələrin aylıq satışı ilə bağlı hesabatların hazırlanması, yaranmış nöqsanlarla bağlı rəhbərliyin məlumatlandırılması və lazımi tədbirlərin görülməsi;

Tələblər:

İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 

Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə, xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;

Marketinqin əsas prinsiplərini yaxşı bilmək;

SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq

Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;

MS Office (Word, Excel, Power Point (apple version) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;

Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;

Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Güclü komanda vasitəsilə idrəetmə bacarığı;

Gərgin iş şəraitində işləmə bacarığı ;

Müştəri yönümlülük, fərdi yanaşma bacarığı;

Ünsiyyət və satış bacarığı;

Analitik düşünmə, analiz etmə, diqqətlilik;

İş şəraiti:

İş qrafiki:  5 günlük iş qrafiki (09:00-18:00)

Ünvan: Winter Park Plaza (Bakı şəhəri Rəsul Rza 75 A).

Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədlərdən “Marketinq Direktoru” yazaraq CV-lərini [email protected]  adresinə  göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]