Laboratoriya Bölməsinin Rəhbəri tələb olunur

Direktor/Sədr


İşəgötürən – Avrora


Əsas vəzifə öhdəlikləri:

Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, hesabatların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;

Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət edilməsi;

Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, həmçinin xidmət və təmirinə nəzarət edilməsi;

Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağının normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirilməsi;

Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadənin təmin edilməsi;

Laboratoriya qeydiyyat jurnallarının doldurulmasının və onların saxlanmasının müəyyən olunmuş qaydada yerinə yetirməsinə nəzarət edilməsi;

Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak edilməsi;

Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasının mənimsənib tətbiq edilməsi;

Sınaq nəticələrinin və sınaq protokollarının hazırlanması;

İxrac olunan məhsulların keyfiyyət şəhadətnamələrinin hazırlanmasına nəzarət edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Un, Makaron, Qənnadı və İçki sahələri üzrə laboratoriya analizlərini bilməli;

Unun texniki göstəriciləri haqqında yüksək biliklərinin olması;

İstehsal prosesini bilməli;

İşdə dəqiqlik və detallara diqqət etmə qabiliyyəti;

MS Office proqramlarından sərbəst istifadə bacarığı

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Təhsil: Ali (Kimya, Qida məhsulları mühəndisliyi üzrə);

 İş təcrübəsi: Min. 3 il (Un, Makaron, İçki və Qənnadı məhsulları istehsalı sahəsi üzrə).

İş şərtlərimiz:

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatı: 08:00-17:00

İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).

Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;

Peşəkar komanda mühiti;

Şirkət hesabına korporativ nömrə;

Təlim və inkişaf imkanları;

Sağlamlıq sığortası;

Nahar;

Servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Laboratoriya Bölməsinin Rəhbəri” yazaraq   [email protected]   adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]