Elektrik sahəsi üzrə qrup rəhbəri axtarılır

Direktor/Sədr


İşəgötürən – Caspian Road

Tələblər:

Komandada işləmə və yüksək idarəetmə bacarığı;

Məsuliyyət və punktuallıq;

Rus dili

İş yeri: Gürcüstan, Axalkalaki şəhəri

Təhsil: Elektrik sahəsi üzrə Ali

Yaş: 30 – 55 yaş

İş təcrübəsi: 5 ildən 10 ilə qədər

Bilməlidir:

Elektrik və tikinti sahəsində müasir texnoloji metodların tətbiqi üsullarını;

1000V-dan yuxarı elektrik avadanlıqlarını texniki istismar qaydalarını;

Elektrik sxemləri və dövrələrini oxumağı bacarmlı;

Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları biməli;

Orta və yüksək gərginlikli yarımstansiyalarda əməliyyat ardıcıllığı qaydalarından məlumatlı olmalı;

İş barədə məlumat:

Axalkalaki dəmir yolu stansiyasında yenidən çəkilən 10kV-luq və 0.4kV-luq kabel xətlərinin standartlara uyğun çəkilməsi işini təşkili

Tabeliyində olan briqadaların işlərini təhlükəsizliyinə, keyfiyyətinə və düzgünlüyünə nəzarət.

Vaxtı-vaxtında tələb olunan mal-materialların, texniknın sifarişini həyata keçirmək.

Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini təmin etmək

İş sonunda gündəlik görülən işlər barədə rəhbərliyə məlumatların verilməsi

İş sonunda sabaha görülməli olan iş planını rəhbətlik ilə paylaşmalı.

Sahədə çalışan digər işçilər və təşkilatlar ilə ortaya çıxan qarşılıqlı əlaqə məsələlərini nəzarətdə saxlamaq və əlaqələri normal tutmaq.

Aparılan qazıntı işləri zamanı digər kommunikasiya xətlərinin zədələnməməsinə ciddi nəzarət olunması.

İşçilərin nizam-intizamını daim nəzarətdə saxlamalı.

Rəhbərliyin tapşırıqlarını vaxtı vaxtında həll etmək.

CV – lərinizi mövzunun başlığı altında  [email protected]   adresinə göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]