Mağaza Rəhbəri tələb olunur

Direktor/Sədr

rəhbər


İşəgötürən – PRİME Accessories Mağazalar Şəbəkəsi

İş barədə məlumat:

Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;

Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;

Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;

Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;

Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;

Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;

Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;

Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etməsi;

Namizədə tələblər:

Ali təhsil 

Müvafiq vəzifədə ən azı 3 il təcrübə;

Səlis Azərbaycan və Rus dili, İngilis dili biliyi arzu olunandır;

Kompüter bilikləri (MS Office)

1C proqramı ilə işləmə bacarığı arzu olunandır;

Mükəmməl analitik və təhlil etmə bacarığı;

İşgüzar davranış etikası;

Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;

İş şəraiti:

İş günləri: 6 gün iş, 1 gün istirahət;

Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;

Şirkət daxili təlim və inkişaf imkanları;

Karyera yüksəlişi imkanı;

Satış sahəsində nailiyyətlərə görə bonuslar.

Əmək haqqı: minimum 1000 AZN

Maraqlanan namizədlərdən CV-lərini “Mağaza Rəhbəri” başlığı ilə   [email protected]   adresinə göndərməkləri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]