İnsan Resursları şöbəsinin Rəhbəri tələb olunur

Direktor/Sədr


İşəgötürən – Başkent Restoranlar Şəbəkəsi

Vəzifə öhdəlikləri:

İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi

İR strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək

İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili

Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi

Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;

Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması

Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi

Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili

Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi

Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;

Əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;                                                

Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət

Aylıq hesabatların hazırlanması və təqdimatı

Namizədə olan tələblər:

Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);

İnsan resursları sahəsində təcrübə minimum 3 il;

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;

İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;

İşə qəbul prosesinin əsas qaydalarını bilməli;

Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri üstünlükdür.

İş şərtlərimiz:

Əmək haqqı: 1200 – 1500 AZN

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 10:00-19:00;

Ünvan: Nərimanov rayonu Həsən Əliyev 143

Namizədlərdən CV-lərini  [email protected]   e-mailin mövzu hissəsində “HR Direktor” qeyd edərək göndərmələri xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]