İşə qəbul üzə mütəxəssis tələb olunur

İnsan resursları mütəxəssisi


İş elanını dərc  edən –Camal LTD

Vakansiya – İşə qəbul üzə mütəxəssis

Əmək haqqı: 800+

Əlaqədar şəxs: Rəsulzadə Elbrus 

Şəhər: Bakı 

Telefon: 994 (12) 310 10 40 daxili (227) Mobil : 994 (55) 5003209 

Vakansiyanın adını qeyd edərək e-mail [email protected]  adresinə göndərməyiniz xahiş olunur.

Namizədə tələblər: 

-Ali (bakalavr) təhsil

-3-5 il iş təcrübəsi

-Yaş: 25-40 

-AR Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı  olmaq

-Dil bilikləri – Azərbaycan dili, rus dili səlis, ingilis dili arzuolunandır

-Kompyuter bacarıqları: Ofis proqramları

-Yüksək ünsiyyət və komandada işləmək bacarığı

-İşi planlaşdırma və təşkil etmə bacarığı

-Liderlik bacarığı

-İdarəetmə və kommunikasiya bacarığı

-Vaxtı idarəetmə bacarığı

-Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı

-Stressə davamlılıq, müsahibə,tədqiqatçılıq və ünsiyyət bacarığı

İş barədə məlumat: 

İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsahibə komissiyalarının formalaşmasında iştirak etmək. İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək, əmək bazarını araşdırmaq, işəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək, kadr məsələlərini həll  etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələri formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək, şirkətin CV bazasını genişləndirmək və yeniləmək, uğurlu namizədlər haqqında  əvvəlki və indiki işəgötürənlərin rəyinin nəzərə alınması. 

Vəzifədən irəli gələn inzibati öhdəliklər: İş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s. İşçi işə başlayarkən görülən işlərin koordinasiyası, işə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirmək, işçilər barədə məlumat bazasını hazırlamaq, yenilik və dəyişikliklərin daxil edilməsi, Rəhbərlik tərəfindən tapşırılan digər oxşar tapşırıqlar.

Əlavə məlumat: 

-Nahar şirkət tərəfindən təmin olunur

-İşçi korporativ nömrə ilə təmin olunur.

İş saatları: Həftənin 1-6 günləri.

Şirkət haqqında

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.

“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.

2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]