İnzibati işlər və nəqliyyat şöbəsinin müdiri tələb olunur
İşəgötürən – Daşkəsən Dəmir Filiz MMC
Vəzifə öhdəlikləri:
Cəmiyyətin əsas inzibati binasının məqsədyönlü, səmərəli istismarını və ona gündəlik qulluğu təşkil etmək;
İnzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkil etmək;
İnzibati işlər şöbəsinin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə nəzarət etmək;
İnzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini idarə etmək;
Cəmiyyətin aparatının balansında olan avtomobil təsərrüfatı işlərinin, əsas vəsaitlərin əsaslı və cari təmiri işlərinin təşkili istiqamətində müvafiq işləri təşkil etmək;
Cəmiyyətdə sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı işləri təşkil etmək;
Avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Cəmiyyətin əsas inzibati binasında su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
Cəmiyyətin əsas vəsaitlərinin, azqiymətli və tezköhnələn inventarlarının və digər mal-materialın inventarlaşmasında iştirak etmək;
Cəmiyyətin cari və əsaslı təmiri zamanı işlərin keyfiyyətli aparılmasına nəzarət etmək, yerinə yetirilmiş təmir işlərini qəbul etmək;
Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, büdcənin hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;
Mədəni – kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək;
Namizədə tələblər:
Ali və ya orta-ixtisas təhsili;
Müvafiq sahəsi üzrə ən azı 5 il,idarəetmə üzrə 3 il iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan dili və İngilis dili, yaxşı səviyyədə Rus dili;
MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər.
Bacarıqlar:
İdarəetmə bacarıqları;
Komandada işləmək bacarığı;
İşin planlaşdırılması bacarığı;
Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
Yaradıcı və təşəbbüskar olmaq;
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri
Ezamiyyə imkanları (zəruri hallarda)
5 günlük iş rejimi
İş vaxtı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnzibati işlər və nəqliyyat şöbəsinin müdiri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 22 saat, 47 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 23 saat, 43 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 20 saat, 25 dəq
- 3 gün, 20 saat, 28 dəq
- 3 gün, 21 saat, 4 dəq