İnsan Resursları üzrə Təcrübəçi tələb olunur
İş elanını dərc edən – Ekvita
Vakanssiya – İnsan Resursları üzrə Təcrübəçi
İşin təsviri:
-İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
-İnsan Resursları üzrə ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma və s.);
-Məzuniyyət qrafiklərinin tərtib edilməsi və onun nəzarətdə saxlanılması;
-İşə qəbul barəsində ərizələrin qəbulu, vakansiyalar haqqında elanların verilməsində dəstək verilməsi;
-İşəgötürənin müəyyən etdiyi və ya təyin etdiyi digər əlaqəli gündəlik işlərin yerinə yetirilməsi.
Vəzifə Tələbləri:
-İnsan resursları, Psixologiya, İdarəetmə, Hüquq və yaxud oxşar sahələrdə ali təhsil;
-Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti (yazılı və şifahi);
-Effektiv ünsiyyət və təqdimat bacarıqları;
-Dinləmə qabiliyyəti və verilən bütün göstərişləri düzgün yerinə yetirmək;
-Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları – fikirləri qısa, birmənalı və ardıcıl ifadə edə bilmək;
-Microsoft Office proqramlarında işləmək bacarığı;
-Komanda ilə işləməyi bacarmaq;
-İntizam, punktuallıq və məsuliyyət.
Maraqlı şəxslərdən CV- lərini e-mail [email protected] adresinə göndərmələri xahiş olunur.
Yalnız mövzu hissəsində (İnsan Resursları üzrə Təcrübəçi) vakansiya adını qeyd etmiş namizədlər nəzərə alınacaq.
EKVİTA – hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir.
Vakansiyalar
-
2 saat, 55 dəq
Casino stranieri: verifica account, bonus e metodi di pagamento – guida pratica
-
18 saat, 25 dəq
Casino on-line manual: offerings, payments, and player journey
- 18 saat, 27 dəq
- 19 saat, 38 dəq
-
19 saat, 57 dəq
Digital Casino Site: Core Aspects, Game Selection, as well as Functional Usefulness for Players