Aparıcı şirkətə hüquqşünas tələb olunur

Hüquqşünas


İşəgötürən: Facility Management Group

Vakansiya: Hüquqşünas

Son tarix: 11 may 2022

İşin təsnifatı:

-Şöbənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;

-qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;

-struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;

-Məhkəmələrdə şirkəti təmsil etmək;

-Şöbənin icraatında olan işlərə  qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;

-qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;

-Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək; 

-Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;

-Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;

-Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.

Tələblər:

-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

-Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır

-MS Office proqramları biliyi 

-Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;

-Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;

-Mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, mənzil, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək. 

-Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi.

Xahiş olur CV-lərinizi  Hüquqşünas başlığı altında [email protected] e-mail ünvanına yollayasınız. 

Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Ünvan
Bakı, Zərifə Əliyeva küç. 93, AZ1000
Əlaqə nömrəsi
[+994 12] 504 11 11 , [+994 12] 505 15 31

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]