BERC Group vergi və maliyyə xidmətləri şöbəsinin mütəxəssisi axtarır (mühasib)

İşəgötürən: BERC Group
Vakansiya: Vergi və maliyyə xidmətləri şöbəsinin mütəxəssisi (mühasib)
Son tarix: 27 may 2022
İş barədə məlumat:
-Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
-Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
-Bəyannamələrin hazırlanması və göndərilməsi;
-Xidmət göstərilən müştərilərdə vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
-Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
-Müştərilərin şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
-Maliyyə hesabatların tərtib edilməsi;
-Debitor – kreditorlarla hesablaşmaların aparılması;
-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
-Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
-Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
-Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;
Vəzifəyə dair tələblər:
-Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
-Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
-Yaş: 23-35 yaş;
-Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
-1C/8.3 proqramını yüksək səviyyədə bilməli;
-MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
-Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
-Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilməli;
-Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes v.s) ;
-Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.
Bacarıq və səriştələr:
-Ünsiyyətcil olmalı;
-Komanda ruhlu olmalı;
-Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
-Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
-Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
-Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
-Problemləri həll etmə bacarığı olmalıdır;
BERC Group MMC sizə nə vəd edir?
-Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
-Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
-Rəqabət qabiliyyətli əmək haqqı
-Korporativ nömrə və danışıq paketi
-İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)
-Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 31.05.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 18 dəq
-
2 ay, 4 gün, 12 saat, 49 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 47 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 37 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 40 dəq