Baku Design Academy dizayn təqaüd proqramı axtarır

Dizayner

dizayner 1


İşəgötürən: Baku Design Academy

Vakansiya: Dizayn Təqaüd Proqramı

Son tarix: 07 sentyabr 2022

Təqaüd hansı ixtisaslara aiddir?

3D Dizayn

Hazırda 3D Dizayn gündəmin premium ixtisaslarından biridir. Qlobalda innovativ sahələrin sürətli inkişafı ilə əlaqədar, çox qısa müddətdə 3D dizaynerlərə tələb xüsusilə də lokal bazarda pik həddə çatıb. Hazırda 3D Dizaynerlərin ölkədə orta əmək haqqı 2500-3500 ₼ aralığındadır. Bu ixtisası bitirənlər üçün Video Game Designer, 3D Animator, 3D Generalist və NFT Artist kimi yüksək qazanclı karyera imkanları mövcuddur.

UX&UI Dizayn

Bugün bütün şirkətlər professional UX&UI dizaynerləri göydə tuturlar. UX&UI mütəxəssisləri insanların davranışlarını analiz edərək, istifadəçi təcrübəsini yaxşılaşdıran həllər yaradır. Bu ixtisasla karyeranıza UX&UI Designer, UX Designer, UX Researcher, UX Business Analyst və UI Designer kimi perspektivli sahələrdə başlayırsınız. Hazırda bu peşələrdə çalışanların orta əmək haqqı 1500-2000 ₼ aralığındadır. 

Advanced UX&UI Dizayn

Advanced UX&UI Dizayn ölkədə yalnız Bakı Dizayn Akademiyasında tədris edilən yüksək ixtisas proqramıdır. Bu ixtisas UX&UI sahəsində bilikləri olan və karyeralarını üst səviyyəyə qaldırmaq istəyən təcrübəli dizaynerlər üçün yaradılıb. 

Proqram boyu iştirakçılar yalnız yerli deyil həm də xarici bazarda rəqabət qabiliyyətli kadr kimi formalaşır. İxtisası uğurla bitirənlər karyeralarına Senior UX/UI Designer, UX Architect, Product Designer kimi yüksək gəlirli vəzifələrdə davam edirlər. Senior UX/UI dizayner kimi sən artıq əmək haqqı 3000₼-dan başlayan vəzifədə çalışa bilərsən. 

Təqaüd haqqında:

Ümumi həcmi 120 000 AZN olan bu təqaüd proqramına seçilmiş 30 istedadlı şəxs Akademiyada üç innovativ ixtisasdan birində – 3D Dizayn, UX&UI Dizayn və Advanced UX&UI ixtisaslarında 70%, 90% və 100% yəni ödənişsiz təqaüdlə təhsil alacaqlar. 

İxtisas proqramların müddəti:

Advanced UX&UI Dizayn – 4 ay

UX&UI Dizayn – 5 ay

3D Dizayn – 7 ay

İxtisasa müraciət üçün tələblər:

UX&UI Dizayn:

Xüsusi tələb yoxdur, hər kəs müraciət edə bilər.

3D Dizayn:

Xüsusi tələb yoxdur, hər kəs müraciət edə bilər.

Advanced UX&UI Dizayn:

İş təcrübəsi: 6 ay

İngilis dili biliyi: B2

Türk dili biliyi: Başa düşəcək səviyyədə

Təqaüdə müraciət qaydası:

Təqaüdə müraciət 3 mərhələdən ibarətdir: 

İlk mərhələdə CV və motivasiya məktubunu Bakı Dizayn Akademiyasına göndərirsən. 

Növbəti addımda test imtahanı verirsən. 

Üçüncü mərhələdə isə Akademiya səninlə fərdi müsahibə edir. 

Təqaüd proqramı üçün qeydiyyat 6 sentyabr, 2022 tarixinədək açıqdır. Birinci mərhələyə qeydiyyatdan keçmək üçün linkə daxil ol: https://bda.edu.az/teqaud-proqrami 


©️ 2022

070 231 45 70

[email protected]