Bərpa, yenidənqurma və layihələrin idarə edilməsi departamentinin müdiri axtarılır
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/satis-mudiri-1.jpg)
İşəgötürən – Şərqi Zəngəzur İqtisadi Rayonunda “1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs
Öhdəliklər:
Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;
Əsaslı tikinti, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar müqavilələrin bağlanılmasında və yerinə yetirilmiş iş həcminin qəbulunda iştirak etmək;
İnşaat-bərpa, yenidənqurma və yenidənplanlaşdırma işləri başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak etmək;
Podratçı təşkilatlarla investisiya layihələri üzrə müzakirələr aparmaq, dəqiqləşdirilmiş investisiya layihəsini hazırlamaq;
Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;
Xidmətin sifarişi əsasında tikiləcək obyektlərin keyfiyyətli inşasına və vaxtında tikilib istismara verilməsinə nəzarət etmək və cari vəziyyət barədə mütəmadi olaraq Xidmətin rəhbərliyinə məlumat vermək;
Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;
Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;
Tabeliyində olan struktur bölmələrin fəaliyyətini koordinasiya etmək.
Təhsil, Təcrübə və Bacarıqlar:
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 10 il, rəhbər vəzifədə 7 ildən az olmayan iş təcrübəsi;
Tikinti sahəsi üzrə dövlət qurumlarında iş təcrübəsi üstünlükdür;
PMI (PMP) sertifikasiyası, Prince 2 və ya layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar arzuolunandır;
Azərbaycan və İngilis dilində səlis ünsiyyət bacarıqları (şifahi/yazılı)
Xüsusi qeyd: Ofis – İçərişəhər metrostansiyasının yaxınlığında yerləşir.
Şərqi Zəngəzur ərazisinə tez-tez səfərlər nəzərdə tutulur.
Müraciət etmə qaydaları:
Xahiş olunur, CV-lərinizi 10 Oktyabr 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Bərpa, yenidənqurma və layihələrin idarə edilməsi departamentinin müdiri” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir.
İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə [email protected] e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 19 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 14 dəq
- 6 ay, 3 gün, 19 saat, 7 dəq
- 9 ay, 1 həftə, 1 gün, 13 saat, 52 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır