Azersun Holding büdcə planlama üzrə şöbə müdiri axtarır

İşəgötürən: Azersun Holding
Vakansiya: Büdcə planlama üzrə Şöbə Müdiri
Son tarix: 02 iyul 2023
Tələblər:
-Şirkətlər qrupunun Əsasnamələrini, Qrupdaxili Muhasibat hesablarının istifadəsi və tətbiqini bilməlidir;
-Şirkətlər qrupunun Maliyyə sturkturunu və əlaqədar şəxsləri tanımalıdır;
-Logo, SAP Proqramlarını bilməlidir;
-Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını;
-İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
-Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
İş haqqında məlumat:
-Büdcə Raporlama xidmətlərinin standartlar və Qrupdaxili prosedurlara uyğun olaraq gerçəkləşdirilməsinin təmin edərək təqib etmək;
-Büdcə çalışmalarının büdcə təqvimi daxilində müəssisələr tərəfindən gerçəkləşdirilməsinin təqibi;
-Büdcə Sisteminin yeni il üçün proqram üzərindən qurulması;
-Büdcə hazırlıq dönəmi üçün Büdcə təqviminin istifadəçilərə göndərilməsi;
-Büdcə Proqramında istifadəçilərin yaradılması;
-İllik büdcə çalışmalarında yerinə yetiridiyi bütün vəzifə və məsuliyyətləri büdcə dəyişikliyi zamanında da yerinə yetirmək;
-Müvafiq müəssisələrdə büdcə prosesində iştirak edərək hazırlanmış satış, satınalma, investisiya, istehsal və insan resursları büdcələrinin düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;
-Səlahiyyətli müəssisələrlə işbirliyi ilə Büdcə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etmək;
-Müəssisələr tərəfindən hazırlanmış satış, satınalma, istehsal, marketinq, investisiya, xərc və gəlir büdcələrinin prosedurlara uyğunluğunun yoxlamaq;
-Konsolidə Büdcə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunmasını təmin etmək;
-Büdcə/Faktiki xərc ,gəlir,satış fərqlərinin açıklamalarının Büdcə Proqramına girilməsini səlahiyyətli müəssisələrdən təmin etmək;
-Rəhbərliyin tələb etdiyi hesabatların hazırlanması , Büdcə Proqramında lazımi hesabat formalarının yaradılması ,sınaqdan keçirilməsi və tətbiq etmək;
-Vəzifə səlahiyyətləri çərçivəsində hazırlanan hesabatları Rəhbərinə təqdim etmək və fəaliyyətləri ilə əlaqəli məlumat vermək;
-Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar vermək;
-Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb etmək;
İş qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə planlama üzrə Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 8 saat, 5 dəq
- 8 saat, 51 dəq
- 9 saat, 29 dəq
- 10 saat, 16 dəq
- 10 saat, 17 dəq