Ateshgah Sigorta dizayner / marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi
İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Dizayner/ Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi
Son tarix: 09 oktyabr 2022
Namizədə tələblər:
-Yaş: 25 – 35
-Təhsil: Natamam Ali və Ali
-İş təcrübəsi :
-Marketinq sahəsində təcrübəyə malik olmalı; Qrafik dizayn və Poliqrafiya sahəsində minimum 1 il iş təcrübəsi.
-Təşəbbüskar olmalı;
-Kompyuterdə sərbəst işləməyi bacarmalı;
-Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
-İnkişafa meyilli olmalı;
-Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;
-Azərbaycan,( əla) Rus (əla), ingilis (arzuolunan) ;
-Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;
-Şirkətin daxili əmək nizamı qaydalarını;
-Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
-Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını;
-Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı-
-Reklam materialları ilə işləmə bacarığına malik olmalı-
-Proqram bilgisi: CorelDraw, Adobe Illustrator, Adobe Photoshop, Adobe Indesign.-
-Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)
Şəxsi keyfiyyətlər:
kollektivdə işləmək, qarşısına qoyduğu məqsədlərə çatmaq, işə yaradıcı yanaşmaq və sığorta cəmiyyətinin bütün strukturları ilə normal iş münasibətləri qurmaq bacarığına malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
-Promo məhsulların dizaynının hazırlanması, istehsalı və keyfiyyətinə nəzarət edilməsi;
-Xarici reklam, təqdimat fəaliyyəti, təqdimat materialları, ofislərin və avtomobillərin brendinqi;
-“Carçı” jurnalı və bülletenlərin hazırlanması;
-Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
-Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
-Əmək Haqqı : 800 – 890 ( əmək haqqı gross ilə qeyd olunub )
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi – Dizayner” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 12 saat, 24 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 13 saat, 19 dəq
- 7 ay, 2 həftə, 3 gün, 15 saat, 12 dəq
- 10 ay, 3 həftə, 1 gün, 9 saat, 57 dəq
-
11 ay, 3 gün, 5 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır