Azdizayn Group auditor axtarır
İşəgötürən: Azdizayn Group
Vakansiya: Auditor
Son tarix: 27 may 2022
Namizədə olan tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
-Kompüter bilikləri (MS Office, Micro);
-İşə planlı yanaşma;
-Yüksək ünsiyyət bacarığı;
-Diqqətlilik;
-Məsuliyyətlilik;
-Dəqiqlik;
-Operativlik;
İş haqqında məlumat:
-Plan əsasında keçiriləcək audit yoxlamaların təşkilinin aparılması;
-Şirkətdaxili qaydaların tətbiq olunmasına nəzarətin həyata keçirilməsi
-Qanundan irəli gələn məsələlərin şirkətdə icrasına nəzarətin həyata keçirilməsi
-Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi
-Satış məntəqələrində yoxlamanın aparılması;
-Müəyyən edilmiş ərazilər üzrə şirkət məhsulunun olub olmamasının yoxlanılması
-Satış obyektlərində ərazi üzrə qalıqların yoxlanılması;
-Satış nöqtələrində məhsulların auditinin aparılması
-Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi
-Audit yoxlamaları zamanı əldə edilmiş nəticələrin rəhbərliyə təqdim edilməsi
-Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
-6 günlük iş həftəsi ;
-Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Korporativ nömrə;
-Yanacaq və amortizasiya xərcləri
-Əmək haqqı razılaşma əsasında
Vakansiyaya müraciət üçün CV-ləri “Auditor” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 9 saat, 5 dəq
- 3 ay, 6 gün, 10 saat, 58 dəq
- 6 ay, 1 həftə, 4 gün, 5 saat, 43 dəq
-
6 ay, 3 həftə, 2 gün, 1 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 9 saat, 12 dəq