Vakansiya: Kiçik hüquqşünas tələb olunur
hüquqşünas
İşəgötürən: Resant Group
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
Zərurət oldğuqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.
Tələblər:
Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus və inglis dilləri arzu olunandır;
MS Office proqramlarını yaxşı bilmək;
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Hüquqi nitq və yazışma qabiliyyəti;
Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Təminatlar:
İş qrafiki: 5 günlük, saat 09:00-dan 18:00-dək;
Əmək haqqı: müsahibə zamanı təyin olacaqdır;
Ünvan: Nərimanov rayonu, Albert Aqarunov heykəlinin yanı.
Maraqlanan namizədlər mövzu yerində “Kiçik hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 5 saat, 53 dəq
- 3 ay, 1 həftə, 5 gün, 7 saat, 46 dəq
- 6 ay, 2 həftə, 3 gün, 2 saat, 31 dəq
-
6 ay, 4 həftə, 22 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 6 saat