Vakansiya: Kiçik hüquqşünas tələb olunur

Hüquqşünas

hüquqşünas


İşəgötürən: Resant Group

Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;

Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;

Zərurət oldğuqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;

Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.

Tələblər:

Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi;

Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus və inglis dilləri arzu olunandır;

MS Office proqramlarını yaxşı bilmək;

Analitik düşünmə və problemləri həll etmə bacarığı;

Hüquqi nitq və yazışma qabiliyyəti;

Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Təminatlar:

İş qrafiki: 5 günlük, saat 09:00-dan 18:00-dək;

Əmək haqqı: müsahibə zamanı təyin olacaqdır;

Ünvan: Nərimanov rayonu, Albert Aqarunov heykəlinin yanı.

Maraqlanan namizədlər mövzu yerində “Kiçik hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]