Matanat A istehsalat müəssisəsinin direktoru axtarır (gips istehsalı)
İşəgötürən: Matanat A
Vakansiya: İstehsalat müəssisəsinin direktoru (gips istehsalı)
Son tarix: 13 noyabr 2022
İşin təsviri:
-Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
-Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
-Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;
-Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi;
-Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
-İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
-Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
-Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
-Satınalma ile kordinasiyalı formada ishlemek;
-Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi;
-Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi;
-Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək;
-İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək.
Tələblər:
-Təhsil: Ali (texniki);
-Yaş həddi: 30-50;
-Kompüter biliyi: MS Office (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
-İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
-Dillər: Azərbaycan dili mükəmməl bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);
-İş təcrübəsi: İstehsalat sahəsində və zavodun idarəedilməsində 3-5 il təcrübə;
-Əmək qanunvericiliyini və mülki məcəlləni bilməli
-AR konsitutsiyasını bilməli
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabliyyəti;
-İşə planlı yanaşması;
-Fəal olması;
-Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
İş şəraiti:
-İş yeri : Qaradağ rayonu
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
-Nahar şirkət tərəfindən verilir
-Korporativ nömrə verilir
-Nəqliyyat xərcləri (benzin, amortizasiya) şirkət tərəfindən ödənilir
Əmək Haqqı:
-Əmək bazarına uyğun, rəqabətqabiliyyətli əməkhaqqı.
-Əmək haqqı diapazonu şirkətin reytinqinə əsasən müəyyən edilir.
-Təklif namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 2 saat, 21 dəq
- 3 ay, 1 həftə, 5 gün, 4 saat, 14 dəq
- 6 ay, 2 həftə, 2 gün, 22 saat, 59 dəq
-
6 ay, 4 həftə, 18 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 2 saat, 28 dəq