Matanat A istehsalat müəssisəsinin direktoru axtarır (gips istehsalı)

Direktor/Sədr


İşəgötürən: Matanat A

Vakansiya: İstehsalat müəssisəsinin direktoru (gips istehsalı)

Son tarix: 13 noyabr 2022

İşin təsviri:

-Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;

-Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;

-Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;

-Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi;

-Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;

-İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;

-Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;

-Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;

-Satınalma ile kordinasiyalı formada ishlemek;

-Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi;

-Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi;

-Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək;

-İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək. 

Tələblər:

-Təhsil: Ali (texniki);

-Yaş həddi: 30-50;

-Kompüter biliyi: MS Office (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;

-İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;

-Dillər: Azərbaycan dili mükəmməl bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);

-İş təcrübəsi: İstehsalat sahəsində və zavodun idarəedilməsində 3-5 il təcrübə;                             

-Əmək qanunvericiliyini və mülki məcəlləni bilməli

-AR konsitutsiyasını bilməli

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabliyyəti;

-İşə planlı yanaşması;

-Fəal olması;

-Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;

-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

İş şəraiti:

-İş yeri : Qaradağ rayonu 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və  bazar günü.

-Nahar şirkət tərəfindən verilir

-Korporativ nömrə verilir

-Nəqliyyat xərcləri (benzin, amortizasiya) şirkət tərəfindən ödənilir

Əmək Haqqı:

-Əmək bazarına uyğun, rəqabətqabiliyyətli əməkhaqqı.

-Əmək haqqı diapazonu şirkətin reytinqinə əsasən müəyyən edilir.

-Təklif namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]