Seaport Catering audit axtarır
İşəgötürən: Seaport Catering
Vakansiya: Audit
Son tarix: 06 avqust 2022
Hesabat verir: Direktorlar Şurası.
Namizədə tələblər:
-Minimum 3 il daxili audit, maliyyə ,mühasibatlıq iş təcrübəsi.
-Təhsil və ixtisas tələbləri:
-Ali iqtisadi təhsilə üstünlük verilir.
-Kompüter biliklərinə dair tələblər:
-MS Office və 1C proqramlarında səlis işləmək bacarığı.
-İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır;
Tələb olunan zəruri biliklər:
-Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə bacarıqlar
-Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
-Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar.
Əsas vəzifə öhdəlikləri:
-Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;
-Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;
-İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
-Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
-Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
-Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.
Əmək haqqı: 1000-1200 AZN
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə Audit adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 3 saat, 17 dəq
- 3 ay, 6 gün, 5 saat, 10 dəq
- 6 ay, 1 həftə, 3 gün, 23 saat, 55 dəq
-
6 ay, 3 həftə, 1 gün, 19 saat, 26 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 3 saat, 24 dəq