Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Qeyri-kredit sahəsi üzrə Auditor
Son tarix: 16 iyul 2022
Ümumi vəzifə öhdəlikləri:
-Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
-Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
-Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
-Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
-Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
-Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
-Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
-Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (iqtisadi və ya hüquqi);
-Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
-Analitik düşünmə qabiliyyəti;
-Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
-Excel proqramında işləmək bacarığı;
-Yüksək ünsiyyət bacarığı;
-Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
-Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Qeyri-kredit sahəsi üzrə Auditor qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 1 saat, 45 dəq
- 2 gün, 22 saat, 14 dəq
- 3 gün, 18 saat, 52 dəq
-
4 gün, 14 saat, 29 dəq
Bitcoin bonus overview and options for South African players
-
4 gün, 14 saat, 29 dəq
Casino uden KYC – guide til fordele, ulemper, bonus og hurtig registrering