Dərs Evi xəzinədar axtarır
İşəgötürən: Dərs Evi
Vakansiya: Xəzinədar
Son tarix: 01 iyun 2022
Yerləşmə: Dərs Evi, Elmlər filialı
Tələblərimiz:
-Ali təhsil;
-Xəzinədar vəzifəsində iş təcrübəsi;
-Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
-Nəğd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər;
-Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri barədə biliklər;
-Microsoft Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmə bacarığı
-İşində dəqiqlik, məsuliyyət və dürüstlük;
Əsas öhdəliklər:
-Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
-Ödənilən vəsaitləri yoxlayıb, kassa əməliyyatını tələb olunan qaydada həyata keçirmək;
-Gündəlik satış məbləği və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
-Nəğd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
-Kassa məxaric və mədaxil orderlərinin tərtibatını təmin etmək;
İş şəraiti:
-İş saatları (həftədə 40 saat): Həftəiçi 10.00 – 18.00, Şənbə günü 10.00 – 16.00 (1 saat nahar vaxtı daxil olmaqla)
-AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə
-İl ərzində 30 gün ödənişli məzuniyyət hüququ
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “Xəzinədar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.
Son tarix – 31 may 2022-ci il.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 8 saat, 30 dəq
- 3 ay, 6 gün, 10 saat, 23 dəq
- 6 ay, 1 həftə, 4 gün, 5 saat, 8 dəq
-
6 ay, 3 həftə, 2 gün, 39 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 8 saat, 37 dəq