Dərs Evi xəzinədar axtarır

İşəgötürən: Dərs Evi
Vakansiya: Xəzinədar
Son tarix: 01 iyun 2022
Yerləşmə: Dərs Evi, Elmlər filialı
Tələblərimiz:
-Ali təhsil;
-Xəzinədar vəzifəsində iş təcrübəsi;
-Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
-Nəğd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər;
-Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri barədə biliklər;
-Microsoft Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmə bacarığı
-İşində dəqiqlik, məsuliyyət və dürüstlük;
Əsas öhdəliklər:
-Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
-Ödənilən vəsaitləri yoxlayıb, kassa əməliyyatını tələb olunan qaydada həyata keçirmək;
-Gündəlik satış məbləği və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
-Nəğd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
-Kassa məxaric və mədaxil orderlərinin tərtibatını təmin etmək;
İş şəraiti:
-İş saatları (həftədə 40 saat): Həftəiçi 10.00 – 18.00, Şənbə günü 10.00 – 16.00 (1 saat nahar vaxtı daxil olmaqla)
-AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə
-İl ərzində 30 gün ödənişli məzuniyyət hüququ
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “Xəzinədar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.
Son tarix – 31 may 2022-ci il.
Vakansiyalar
- 2 gün, 50 dəq
- 2 gün, 52 dəq
- 2 gün, 54 dəq
- 2 gün, 57 dəq
- 2 gün, 1 saat, 1 dəq