Yeni yaradılmış şirkətə hüquqşünas tələb olunur

Hüquqşünas


İşəgötürən – Proffline

Vəzifə – Hüquqşünas
 
    İş haqqında məlumat:
– Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirmək və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
-Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri hazırlamaq;
-Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək;
-Hazırlanmış təşkilat daxili normativ sənədlərin qanuniliyini yoxlamaq və rəy vermək;
-Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək;
-Qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
-Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək;
-Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq;
-Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
-Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq;
-Əmək haqqı 800-1000
Namizədə aid tələblər:
-Ali hüquqi təhsil;
-Yaş həddi:25-45
-MS Office bilikləri;
-Hüquq üzrə minimum 3-5 il iş təcrübəsi;
-Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər;
-Azərbaycan və rus dillərini əla bilmək.
-Hüquqi sənədləri sərbəst hazırlamalı;
-Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
-Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
 
İş qrafiki :
6 günlük iş qrafiki (6-cı gün 09:00-14:00)
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Şirkət haqqında

2022-ci ildə yeni yaranmış şirkət, Avropa istehsalı kimyəvi yuyucu vasitələr və təmizlik texnikalarının tanıtımını və aktiv satışını həyata keçirtməklə məşğuldur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]