Yelo Bank baş hüquqşünas axtarır

Hüquqşünas


İşəgötürən: Yelo Bank

Vakansiya: Baş hüquqşünas

Son tarix: 13 fevral 2023

Struktur: Hüquq departamenti

Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

-Bankdaxili təlimat, qayda, prosedurların hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;

-Departamentin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələr ilə razılaşdırmaq və təqdim etmək;

-Bankdaxili qəbul edilmiş qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişləri yerinə yetirmək;

-Bankdaxili tələbdən asılı olaraq filial, şöbə müdirlərinə və digər əməkdaşlara Bankın adından çıxış etmək səlahiyyətini verən etibarnamələrin vermək, vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin etmək;

-Bankdaxili qaydalara uyğun olaraq, Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək və Bankın maraqlarına cavab verməsini təmin etmək;

-Bankın filial, şöbə və nümayəndiklərinin açmaq, sonrakı dəyişiklikləri və bağlanmasını müşayiət etmək;

-Bankın bütün struktur bölmələrinə hüquqi yardım göstərmək və qanunvericilikdə baş vermiş əlavə və dəyişikliklər barəsində onları məlumatlandırmaq;

-Banka daxil olan sorğularının cavablandırılmasını təmin etmək;

-Bankın maliyyə, təsərrüfat və hüquqi fəaliyyətilə bağlı hüquq-mühafizə, vergi orqanları və digər təşkilatlarla münasibətlərdə qarşıya çıxan hüquqi məsələlərin həllində Bank adından çıxış etmək və mənafeyini qorumaq;

-Bankın fəaliyyətinin metodoloji bazasını hüquqi cəhətdən müşayiət etmək;

-Bankdaxili əsasnamə, prosedur, qayda və təlimatların, habelə digər bankdaxili sənədlərin hüquqi ekspertizasını həyata keçirmək.

Tələblər:

-Hüquq sahəsində ali təhsil;

-İxtisas üzrə minimum 3 (üç) il təcrübə;

-Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək;

-Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilmək;

-Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;

-Kargüzarlıq işinin əsaslarını bilmək;

-Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənə üstünlük veriləcəkdir);

-Yüksək qavrama və analizetmə qabiliyyəti;

-İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;

-Kompüter bilikləri (MS Office proramlarını orta səviyyədə bilmək).       

Biz Sizə nə təklif edirik:

-Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

-Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

-Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;

-Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz [email protected] elektron poçtun “mövzu” yerinə “Baş hüquqşünas” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]