Yapi Kredi Bank ətraf mühit mühəndisi / aparıcı / baş ətraf mühit mühəndisi axtarır

İşəgötürən: Yapi Kredi Bank
Vakansiya: Ətraf Mühit Mühəndisi / Aparıcı / Baş Ətraf Mühit Mühəndisi
Son tarix: 05 avqust 2022
Tələblər:
-Ekologiya Mühəndisliyi üzrə ali təhsil;
-Ətraf Mühit Mühəndisliyi sektorunda ən azı 2 il iş təcrübəsi;
-Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı;
-Azərbaycan, türk, ingilis və rus dillərini səlis bilmək;
-Komandada işləmək bacarığı;
-Ünsiyyət və münasibət qurma bacarıqları;
Əsas iş funksiyaları:
-Ətraf mühitlə bağlı xərcləri müəyyən etmək və büdcə hesabatlarını hazırlamaq;
-İşçilərin ekoloji təlimlərini həyata keçirmək, zəruri hallarda təlimlərlə bağlı xarici resurslarla əlaqə saxlamaq;
-Baş Ofis və digər filiallar üçün ekoloji məsələlərlə bağlı zəruri icazələrin, lisenziyaların və sənədlərin alınması, yeniləmə və/və ya yeniləşdirmə işləri aparmaq;
-ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi ilə əlaqədar sənədləşmə və digər işlərin koordinasiyasını təmin etmək;
-İSO 14064-1 istixana qaz emissiyası və ISO 14046:2014 su izi hesabatlarını hazırlamaq;
-Müntəzəm olaraq həyata keçirilən yoxlamalarda Bankı ən yaxşı şəkildə təmsil etmək və tələblərin yerinə yetirilməsini təmin etmək;
-Tullantıların idarə olunması planına uyğun olaraq təhlükəli və qeyri-təhlükəli tullantıları izləmək;
-Ətraf mühitin idarə edilməsi çərçivəsində Sıfır Tullantı Sisteminin yaradılması, sistemin davamlılığının təmin edilməsi, müvafiq sənədlərin təqib edilməsi, onların ekoloji faylda təsnif edilməsini təmin etmək;
-Bankın İnteqrasiya edilmiş İllik Hesabatının hazırlanması zamanı ətraf mühitlə bağlı tələb olunan məlumatları bildirmək;
-Bankın elmi əsaslı ekoloji hədəflərini müəyyən etmək və müəyyən edilmiş hədəfləri izləmək;
-Ətraf Mühitin İdarəetmə Sistemi çərçivəsində sənədləşmə sistemini qurmaq və sistemin aktuallığını, təkmilləşdirilməsini və davamlılığını təmin etmək, hüquqi qanunvericiliyə əməl etmək, təlimləri planlaşdırılmaq və həyata keçirmək;
-Ekoloji qəzalar və fövqəladə hallar zamanı müvafiq müdaxilələr etmək, çirklənmənin qarşısını almaq və mənfi təsirləri aradan qaldırmaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 11 saat, 6 dəq
-
1 ay, 3 həftə, 1 gün, 6 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 14 saat, 35 dəq
- 2 ay, 14 saat, 25 dəq
- 2 ay, 14 saat, 28 dəq