Yanğın xəbərdarlıq sistemləri üzrə mühəndis tələb olunur
İşəgötürən – Kristal Abşeron
Vəzifə – Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis
Tələblər:
-Ali texniki təhsil;
-Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
-Autocad, Ofis Proqramları (Excel Word);
-Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
-Sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil;
-Kollektivdə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
-Layihənin sahəyə uyğun olduğuna nəzarət etmək, layihə üzrə smetanın tərtib olunması, podratçılardan təkliflərin alınaraq analizlər edilib aidiyyatı üzrə rəhbərə təqdim etmək;
-Yanğın xəbərvermə sistemlərinin quraşdırılması, təmiri,servisi (tüstü və isti detektorları, yanğın nəzarət panelləri və s.) zamanı podratçıların işlərinin təhvil alınması və smetaya uyğun olaraq bu iş həcmlərinə nəzarət;
-Yanğın siqnalizasiya sisteminin quraşdırılması və proqramlaşdırılması sahəsində ən az 1 il təcrübə;
-Mütəmadi olaraq yaşayış binalarında siqnalizasiya sistemlərinə (avtomatik yanğın söndürmə, siqnalizasiya, tüstüsovurma) texniki baxış;
-Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan yanğına nəzarət əməkdaşlarına yaşayış binaların siqnalizasiya sistemlərinin təhvil-təslim və test mərhələlərində yaxından iştirak etmək və təhvil-təslim aktlarının hazırlanması;
-Rəhbərliyin tapşırıqlarını və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə [email protected] mövzu yerinə “Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi – 10.12.22
Vakansiyalar
-
20 saat, 25 dəq
Casino on-line summary: gameplay frameworks and platform features
-
21 saat, 4 dəq
Online Casino Bonus: How Incentives Function and What Bettors Should Learn
-
21 saat, 5 dəq
Casino on-line: games, payments, and complete platform experience
-
21 saat, 7 dəq
Casino on-line platforms: player progression, functions, and engagement structure
- 21 saat, 7 dəq