Xalq Bank kiber təhlükəsizlik mühəndisi axtarır

İşəgötürən: Xalq Bank
Vakansiya: Kiber təhlükəsizlik mühəndisi
Son tarix: 27 iyun 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-Ali təhsil;
-İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 2 il iş təcrübəsi;
-Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə bilik;
-Təhlükəsizlik divarları (firewall) üzrə bilik;
-Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
-Şəbəkə və verilənlər bazası sahəsində bilik;
-Analitik düşünmə və yüksək problem həll etmə bacarığı;
-Kiber hücum növləri haqqında məlumatlılıq.
İşin təsviri:
-Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
-Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
-Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
-Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
-Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
-Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
-Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
-
23 dəq
Qaradağ Metal Konstruksiyalar Zavodu qaynaq inspektoru axtarır
- 32 dəq
- 54 dəq
- 1 saat, 15 dəq
- 5 saat, 43 dəq