Veysəloğlu Yaycılı Qardaşlar mühəndis mexanik axtarır

İşəgötürən: Veysəloğlu Yaycılı Qardaşlar
Vakansiya: Mühəndis Mexanik
Son tarix: 05 sentyabr 2022
Vəzifə və öhdəliklər:
-Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
-Avadadanlıqlarının, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığılmasını təmin etmək
-Avadanlıqlarının təmirindən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
-Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmasını və yoxlanılmasını təmin etmək
-İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki sistemdə və elementlərdə texniki xidmət və təmir işlərinin aparılması
-Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
-Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası
-Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi
-Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
-İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
-Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi
-Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
Tələblər:
-Ali texniki və ya mühəndis-texniki təhsil
-Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
-Avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını bilməli
-İşinə məsuliyyətli, intizamlı olmalı;
Əmək şəraiti:
-İş yeri: Bakı şəhəri
-İş rejimi: 5 günlük iş həftəsi
-Yemək və servis təminatı
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Sentyabr tarixinədək emailin mövzu hissəsində ” mühəndis mexanik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
6 saat, 15 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 24 dəq
- 6 saat, 25 dəq
- 6 saat, 27 dəq
- 6 saat, 33 dəq