Veysəloğlu Yaycılı Qardaşlar çilingər mexanik axtarır

İşəgötürən: Veysəloğlu Yaycılı Qardaşlar
Vakansiya: Çilingər Mexanik
Son tarix: 05 sentyabr 2022
Vəzifə və öhdəliklər:
-Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
-Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
-Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
-Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
-Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
-Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
-Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
-Qol boru və keçidləri yerində hazırlamaq
-Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq
-Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
-Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
-Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək
Tələblər:
-Müvafiq sahədə 1 ildən çox iş stajı
-Buxar maşınları ilə işləmək təcrübəsi mütləqdir
-Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
-Əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğından mühafizənin qayda və normalarına riayət etmək
Əmək şəraiti:
-İş qrafiki: növbəli, 08:00 – 20:00; 20:00 – 08:00.
-Əmək haqqı – 600 – 700 ( Namizədə görə müəyyən ediləcək)
-İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
-Yemək və servis təminatı mövcuddur
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Sentyabr tarixinədək emailin mövzu hissəsində Çilingər Mexanik qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
5 saat, 28 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 37 dəq
- 5 saat, 38 dəq
- 5 saat, 40 dəq
- 5 saat, 46 dəq