Mühəndis-texniki işçi tələb olunur

Digər


İşəgötürən – AGA Group


Vəzifə haqqında məlumat:

Struktur bölmə: Texniki şöbə


İş rejimi: 5 gün, 09:00-18:00


İş yeri:Demirchi Tover


Son müraciət tarixi: 30.09.2023

Vəzifə öhdəlikləri:

Avadanlıqların iş prosesinə nəzarət etmək, nasaz ehtiyat hissələri müəyyən edib təmir etmək və ya yenisi ilə dəyişmək

Hidravlik sxemləri sərbəst şəkildə oxumaq bacarığı;

Texnikaların müvafiq hissələrinin sökülüb-yığılmasını və təmirini bacarmalıdır;

Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismar etmək

Avadanlıqların etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək

İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək

Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi

Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi

Vəzifə tələbləri:

Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə Ali təhsil

İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il

Sertifikat/vəsiqə/lisenziya: 

Kompüter bilikləri: Ofis proqramları

Digər məlumatlar: Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini   [email protected]   e-mail ünvanına göndərməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]