Xidmət mərkəzi məsləhətçisi tələb olunur

Digər


İşəgötürən – Autolux Azerbaijan LLC



İş vaxtı: 09:00 – 18:00 / Qrafik üzrə

Namizədə olan tələblər:

Avtomobil sahəsində iş təcrübəsi ;

Ali təhsil;

Rus-dili biliyi ;

İngilis-dili bilənlərə üstünlük verilə bilər;

Vəzifə öhdəlikləri:

Servisdə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;

Servis proqramları ilə işləməyi bacarmaq ( 1 C, Axapta ,Enterprise və s.);

Müştərinin tələb və suallarını diqqətlə dinləmək, xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və müştərinin xidmət ehtiyaclarını həll etməkdə lazımi xidmət göstərmək;

Xidmət və ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək, hesabı təqdim etmək;

Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;

Planlaşdırılmış avtomobillərdə mövcud servis kampaniyalarına uyğun təmir işlərini aşkar etmək;

Planlaşdırılmış və ya planlaşdırılacaq işlər üçün lazım olan ehtiyat hissələrinin anbarda olub olmadığını yoxlamaq;

Avtomobilləri daxili prosedurlara əsasən təmirə qəbul etmək və təmirdən sonra müştəriyə təhvil vermək;

Təmirin gedişatı ilə daimi maraqlanmaq, əlavə işləri daxili prosedurlara riayət edərək müştəri ilə razılaşdırmaq;

İş sənədlərini düzgün hazırlamaq, yekun təmir sənədlər toplusunu vaxtında hazırlayıb təmir işləri bitdikdən sonra müştəriyə təhvil vermək;

Planlaşdırılmış təlimlərdə iştirak etmək;

Hər bir müştəridə servis haqda  ən xoş təəsüratlar yaratmağa çalışmaq.

Tələblərə uyğun olmayan və [email protected]  emailin Subject qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV – lərə baxılmayacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]