Tikinti üzrə iş icraçısı (Kəlbəcər rayonu)

Digər


İşəgötürən – Bakelektro

Vəzifə təlimatı:

Təmir, tikinti, texniki xidmətlə bağlı tapşırılan işlərin vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə həll olunmasını təmin edir və nəzarət edir.

Alınan iş tapşırıqlarını təhlil edir, problemin həll yolunun ardıcıllığını düzgün müəyyən edir və iççilərinə görəcəyi işlər barəsində ətraflı məlumat verir.

Təmir və tikinti işləri üçün lazım olan materialları müəyyənləşdirir və sifariş edir.

Tabeliyində olan işçilərə rəhbərlik edir, iş tapşırıqlarını düzgün izah edir və gördükləri işə nəzarət edir.

Tabeçiliyində olan işçiləri lazım olan material, alət və ehtiyat hissələri ilə təmin edir.

Tabeçiliyində olan işçilərin iş fəaliyyəti üçün şirkət tərəfindən təmin edilmiş ləvazimat, texnika, nəqliyyat və digər vasitələri qorumaq və istismar qaydalarına riayət edir.

Tabeçiliyində olan işçilərə əmək mühafizə qaydaları haqqında təlimatlar verir və işçilərə bu qaydalara riayət edymələrini tələb edir.

Tikinti üçün lazım olan materialların siyahısını müəyyən edir, sifariş edir və istifadə edilmiş materialların aktlar və müvafiq sənədlər əsasında silinməsini aparır.

Tələb olunan təhsil və biliklər:

İxtisas üzrə ali təhsil;

İxtisas üzrə azı 5 illik iş təcrübəsi;

Microsoft Office proqramlarını əla səviyyədə bilməli;

Komandada işləmək bacarığına sahib olmalı;

Yüksək ünsiyyət və analitik düşünmə bacarığına malik;

Digər tələb və şərtlər:

Yaş həddi: 25-60

Əmək haqqı – təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur

İş rejimi: 6 günlük iş həftəsi

Nahar şirkət tərəfindən verilir.

[email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]