İnsan resursları üzrə biznes tərəfdaş tələb olunur – (Mingəçevir)

Digər


İşəgötürən – Veysəloğlu MMC



Funksiya: İnsan resursları və dəstək xidmətləri direktorluğu


İş yeri: Mingəçevir şəhəri


İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə öhdəlikləri:

Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək.

Xidmət göstərdiyi funksiyaların təşkilati strukturunun dizaynı, ştat vahidlərinin, əməkdaş xərclərinin planlaşdırılması və yeni namizədlərin seçim prosesində iştirak;

Xidmət göstərdiyi funksiyaların rəhbər heyəti ilə dövri görüşlər keçirmək, İR proses və layihələrinin gedişatını analiz etmək, biznesin tələblərinə uyğun İR həllərini razılaşdırmaq; Rəhbərlər ilə işçilər arasında sağlam iş münasibətlərinin tənzimlənməsində məsləhətçi rolu oynamaq, müvafiq siyasət və təlimatların effektiv şəkildə kommunikasiya olunmasını və effektiv inteqrasiyasını təmin etmək.   

İşə qəbul prosesinin bütün mərhələrini əvvəldən sonadək həyata keçirmək (Ştatım yaradılması və təsdiqlənməsi, vakansiya elanı, namizədlərin seçimi, namizədə dair rəylərin alınması, iş təklifinin verilməsi və sair)

İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək;

Komandaya yeni qoşulmuş üzvlərin adaptasiya prosesinə dəstək;

Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya;

Xidmət göstərdiyi funksiyaların əməkdaşlarının karyera inkişafı prosesinin (şaquli və üfüqi yerdəyişmə) təşkili;

Xidmət göstərdiyi funksiyaların işçi heyəti ilə mütəmadi görüşlər keçirmək, təklif və şikayətlərini dinləmək, həlli yolunda müvafiq addımlar atmaq;

Strukturlar üçün illik təlim ehtiyaclarının müəyyənləşdirilməsi prosedində iştirak və prosesə dəstək;

Maddi və qeyd-maddi motivasiya sistemlərinin formalaşdırılmasında iştirak;

Əmək haqqı bazar araşdırmasının həyata keçirilməsində iştirak etmək;

Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq;

Struktur rəhbərləri ilə insan resurslarının idarə olunması üzrə proseslərin və təcrübənin təkmilləşdirilməsinə dair imkanları birgə müəyyənləşdirmək üçün fəal işləmək;

İnsan resursları ilə bağlı layihələrin hazırlanması və idarə olunmasında iştirak etmək;

İşçi heyətinə insan resursları ilə əlaqədar proseslər (fəaliyyətin idarə olunması, kadr ehtiyatının planlaşdırılması, təlim və ixtisasartırma, təşkilati strukturda dəyişikliklər, mükafat, kompensasiya və müavinətlər və s.) barədə məlumat vermək;

Təşkilatın strategiyasını tətbiq etmək üçün təşkilati strukturların, vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi və kadr ehtiyatının idarə edilməsi üzrə proseslərin hazırlanması istiqamətində struktur bölmələrinin rəhbərləri ilə birgə çalışmaq;

İllik perfomans nəticələrini təyin edilməsi, qiymətləndirilməsi və digər strateji HR proseslərin icrası;

Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək;

Tələblər:

Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

Ali  iqtisadi, idarəetmə sahəsində təhsil

Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək

Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı

Ünsiyyət bacarığı

Şəxsi avtomobil, sürücülük vəsiqəsi

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

Nahar ilə təmin edilmə;

Yanacaq xərci

İş qrafiki: 5 günlük, 09:00-18:00

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İnsan resursları üzrə biznes tərəfdaş” yazaraq   [email protected]  adresinə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]