Veysəloğlu Şirkətlər Qrupu smetaçı mühəndis axtarır

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vakansiya: Smetaçı Mühəndis
Son tarix: 01 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
-Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
-Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
-Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
-Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
-Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
-Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
-Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
-Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;
-Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
-Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
-Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
-Sahələrdən gələn texniki hesabatların yoxlanması;
-Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
-Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
-Layihə çizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
-Tikinti materialları və inventarına nəzarət;
-Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
-Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi.
Namizədə dair tələblər:
-Mühəndislik/memarlıq ixtisası üzrə ali təhsil
-Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
-Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədlər barədə biliklər
-Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər
-Mülki, sənaye, yeraltı tikili və qurğular, elektrik, mexaniki işlər, havalandırma, ventilyasiya, meliorasiya işləri üzrə biliklər
-Kompüter bilikləri: Excel və AutoCAD üzrə biliklər.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Smetaçı Mühəndis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 31 dəq
-
2 ay, 3 gün, 10 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 50 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 53 dəq