Vakansiya: Texniki istehsalat departamentinin mühəndisi tələb olunur

Mühəndis


İşəgötürən: SMTS

Vakansiya: Texniki İstehsalat Departamentinin Mühəndisi

Son tarix: 14 iyul 2022

Vəzifə öhdəlikləri:

-Layihələrin incələnməsi və iş həcmlərinin hesablanması.

-Smetaların tərtibi.

-Layihə həllərinin verilməsi və Layihələndirmə işləri ilə bağlı texniki tapşırıqların hazırlanması.

-Texniki hesabatların hazırlanması.

-Material hesabatlarının hazırlanması.

Namizədə olan tələblər:

-İnşaat sahəsində Ali təhsil (İnşaat mühəndisi).

-Texniki İstehsalat Departamentində (Şöbəsində) ən az 3 il iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).

-Microsoft Office (Excel və Word) proqramlarını mükəmməl, AutoCad proqramında yaxşı səviyyədə işləmək bacarığı və sürətli hesabat hazırlama qabiliyyətinə malik olmalı.

-Azərbaycan dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək).

-Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli.

-Məsuliyyətli, dəqiq, işini vaxtında və keyfiyyətli təhvil verməli.

-Komandada işləmək bacarığına sahib olmalı.

-Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarığı olmalı.

Digər tələb və şərtlər:

-Yaş həddi: 30-55

-Əmək haqqı 1800 – 2300 AZN ( təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

-İş rejimi: 5 günlük iş həftəsi

-Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi”yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]